ABŞ aktiv xarici siyasət fazasına qayıdır - Mirzə Rəşad Bakuvi
24.11.2020

ABŞ-ın yeni dövlət katibi Toni Blinken olacaq.

Məlumat verək ki, Blinken vaxtilə Obama və Bayden siyasi aparatında işləmiş "kadrovıy diplomat"dır.

Toni hələ o zaman böyük uğur sayılan Iranla nüvə anlaşmasını hazırlayan xarici siyasət mütəxəssislərindən biri olub. Blinkenin vəzifəyə gətirilməsi həm də o məna kəsb edir ki, artıq Iran Islam Respublikasına qarşı münasibətdə təmkinli siyasət, böyük ehtimalla, yenidən Ağ Evə və Dövlət Departamentinə qayıdacaq.

Blinken, eyni zamanda yüksək peşəkarlardan ibarət komandaya malikdir ki, bu da Dövlət Departamentinin bütün sahələr üzrə işinə yeni məhsuldarlıq qatacağı ehtimalını gücləndirir.

Bir sözlə, Birləşmiş Ştatlar yeni daha aktiv beynəlxalq münasibətlər orbitinə qayıtmaq üzrədir. Tramp hökumətinin isə dünya işlərindən izolyasiya siyasəti sona çatmaqdadır. ABŞ aktiv xarici siyasət fazasına daxil olur.

Visiontv.az