90 yaşlı Tərtər sakini Türkiyə KİV-də - Şuşa həsrəti ilə yanıram
27.10.2020

Türkiyənin “Haber Globol” televiziya kanalı Tərtərdən reportaj hazırlayıb.

“Ermənistan Azərbaycana atəş açır, terror aktı törədir, qorxutmaq istəyir. Zənn edir ki, bu torpaqlar ömür boyu onlara qalacaq. Amma o qədər yanılır ki...”

Visiontv.az xəbər verir ki, aparıcının bu çıxışından sonra Tərtərdən olan reportaj görüntülənib. Onlar 89 və 92 yaşlı Tərtərin ən yaşlı sakinlərini ermənilərin Tərtəri atəşə tutması ilə bağlı danışdırıb:

“Salam deyirəm, eşq olsun onlara! Qarabağ Azərbaycandır! Onlardan qorxmuruq. Heç yerə çıxmamışam, çıxmayacam da! Ölsək də, Tərtərdən çıxmayacağıq. Evimi, eşiyimi qoyub getmərəm.

Qarabağın hər yerini qarış-qarış gəzmişəm. Çardaqlı, Ağdərəyə elə gedərəm ki, qaça-qaça... Şuşanın həsrəti ilə yanıram”.