9 yaşlı qızı 2 min dollara 55 yaşlı kişiyə satdılar
9 yaşlı qızı 2 min dollara 55 yaşlı kişiyə satdılar
03.11.2021 Elbəyi Həsənli Tərəfindən

"CNN"in Əfqanıstandan yaydığı reportaja baxdım. Dəhşətdir, ürək parçalanır. Kasıb bir ailənin üzvü olan 9 yaşlı qızı 55 yaşlı kişiyə satdılar. Qızın atası 2 min dolları aldı, qızını saqqalı ağappaq olan kişiyə verdi. Düşünün ki, bütün bu proses lentə alınıb. Qız getmək istəmir. Ancaq onu getməyə məcbur edirlər.

"CNN" bildirir ki, Əfqanıstanda qadınlara və qız uşaqlarına münasibət son dərəcə pisdir. Reportajda satışa çıxarılan digər qız uşaqları haqqında da məlumat verilir. Satışa çıxarılan qızlardan biri deyir ki, biz kasıbıq. Yeməyə bir şey tapmırıq. Ona görə də atam məni satmaq zorunda qalıb. Satışa çıxarılan iki bacının dedikləri isə məni sarsıtdı.

Onlardan biri 9, digəri isə cəmi 4 yaşındadır. Ancaq valideynləri onları qul kimi satışa çıxarıb. Min dollar ver, götür apar.Reportajda deyilir ki, "Taliban"ın gəlişi ilə Əfqanıstanda vəziyyət daha da pisləşib. Banklarda saxlanılan vəsaitlər dondurulub. İnsanlar öz pulların bankdan çəkə bilmirlər. 20 milyon insan aclıqdan əziyyət çəkir. Vəziyyət kritikdir. Qış aylarında Əfqanıstanda milyonlarla insanın acından ölmək ehtimalı var. Beynəlxalq təşkilatlar həyəcan təbli çalır...

Elbəyi Həsənli

Visiontv.az