9 və 11-ci siniflərin imtahanları nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
07.05.2020

"9 və 11-ci sinifin buraxılış imtahanları iyun ayına planlaşdırılır".

Visiontv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O, 9 və 11-ci sinif şagirdlərinin imtahanlarının məzmunu ilə bağlı deyib ki, aprel, may, iyun aylarında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək:

"İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək. Regionlar arasında şagirdlərin imtahan verməsi nəzərdə tutulmur. İyun ayında 160 mindən çox şagird imtahanda iştirak edəcək",