9 may düşüncələri...
9 may düşüncələri...
08.05.2022 Bəybala Mirzəyev Tərəfindən

1. Hazırda "denasifikasiya" adıyla Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın 9 Mayı faşizm üzərində Qələbə Günü kimi qeyd etməyə mənəvi haqqı varmı?

2. Qazaxıstan 9 May paradı keçirməkdən imtina etdi, Gürcüstanda isə Qələbə gününün ruslarla eyni gündə yox, Qərb ölkələri və Ukrayna ilə bir gündə - 8 mayda keçirilməsi təklifi səslənir. Bəs bizim  9 Maya münasibətimiz necə olmalıdır? 

3. Bu günlərdə orta məktəblərimizdən birində 9 may Qələbə gününün keçmiş SSRİ bayraqlarının fonunda və "Georgi lenti"ndən istifadə edilməklə qeyd olunması təsadüfdürmü, yoxsa "5-ci kolon"un işidir?

4. Rusiya 9 Maya necə hazırlaşır? Kreml Qərbə və Ukraynaya qarşı hansı "sürpriz"ləri hazırlayır?

5. Erməni faşizminin alman faşizmindən və müasir rus faşizmindən (raşizm) heç də geri qalmadığını dünyaya başa salmağımız üçün 

9 Maydan hansısa formada yararlanmağımız mümkündürmü?

6. Paytaxtımızın baxımlı yerlərindən birində faşizmə (alman faşizminə və erməni faşizminə) qarşı mübarizə heykəlinin ucaldılmasına ehtiyac varmı?

Bəybala Mirzəyev

Visiontv.az