9 mart-bürc proqnozu
09.03.2020

Visiontv.az 9 marta olan bürc proqnozunu təqdim edir.

Qoç
Həssassınız. Pul sarıdan korluq çəkəcəyiniz gözlənilir. Bu durum sizi içdən sıxacaq. Keçmişdə qalmış pulla bağlı mübahisəli məsələ bu günlərdə yenidən gündəmə gələcək. Axşam saatlarını sevdiklərinizlə birlikdə keçirin.

Buğa
Xoşbəxtsiniz. Eyni anda bir çox işlə məşğul olduğunuz üçün sevdiyiniz adama laqeyd yanaşmamağa diqqət yetirin. Üzərinizdəki iş stressi üzündən qarşınızdakı insanı üzə bilərsiniz. Yoldaşlarınız ətrafınızda toplanacaq.

Əkizlər
Artıq karyera ilə bağlı addımlarınız sürətlənir. Özünüzə güvən artacaq. Işdə başlayan yeniliklər yeni vəzifələrə işarə ola bilər. Təlimatçı səfərlər istədiyiniz şəkildə inkişaf edəcək. Bu gün hər zamankındən daha məntiqli olmanız gərəkir. Çünki günün irəliləyən saatlarında alacağınız bir xəbər sizin üçün çox əhəmiyyətli olacaq.

Xərçəng
Artıq hadisələri daha dəqiq görürsünüz. Daha çox təhsil sferasında yeniliklər edəcəksiniz. Düşündüyünüz səfərlərlə bağlı planlara yenidən nəzər salın. Istəyirsiniz ki, yaxınınızda davamlı sizinlə maraqlanan insanlar olsun. Ancaq bu istəyinizin bu gün reallaşacağı gözlənilmir. Pul sarıdan korluq çəkə bilərsiniz, hazırlıqlı olun.

Şir
Bu gün miras, ya da sığorta əməliyyatları ilə məşğul olacaqsınız. Xoşbəxt həyat sizi gözləyir. Halbuki bu uğur sizdən qaynaqlanır. Təxirə saldığınız planlar bu gün həyatınıza daxil olacaq.

Qız
Yeni dəstəklər və gözəl təkliflər istisna deyil. Alacağınız təklifləri daha dəqiq qiymətləndirmə şansınız olacaq. Əhəmiyyətli ölçüdə ortaq məxrəc tapacağınız yaxın yoldaşlıqların həyatınıza müsbət təsirləri olacaq. Maddi mövzularda özünüzü məhdudlaşdırılmış təsir altında hiss edəcəyiniz bir gündür.

Tərəzi
Əhatənizdəki insanların sizdən asanlıqla istifadə etmələrinə şərait yaratmısınız. Bu günlərdə sağlamlıq problemləri ön plana çıxacaq. Sevindirici bir xəbər istisna deyil. Maddi baxımdan uğurlu gündür.

Əqrəb
Bir çox xüsusiyyətinizlə bənzədiyiniz biriylə tanış olacaqsınız. Bu adam sizin içinizi coşduracaq və onunla möhkəm bir yoldaşlıq etməyi düşünəcəksiniz. Bu günlərdə bir az başınızı ağrıdan probleminiz var. Ondan xilas olmağa çalışırsınız. Bu problemi birlikdə yaşadığınız insanların bunu sizin qədər problem etməməsi canınızı daha çox sıxır. Önümüzdəki günlərdə böyük məsrəflər gözlənilir.

Oxatan
Ailə içi əlaqələrdə müsbət irəliləmələr gözlənilir. Eyni zamanda ictimai həyatın gətirdiyi zövq xərclərinizdə artıma səbəb ola bilər. Bəzi səhvləri yaşamağınız çox ciddi dostlarınızı itirmənizə səbəb ola bilər.

Oğlaq
Sevdiklərinizdən ayrılmaq xoşunuza getməsə də tətilə ehtiyacınız var. Sizə etibarsız rəftar edilməsini qəbul edə bilmirsiniz. Bu mövzuda yaşadığınız hirslilik əsəblərinizi korlaya bilər.

Dolça
Bu günlərdə büdcənizə pul daxil olmayacaq. Xərcləriniz yüklü olduğundan pul yığma səyləriniz bir az qeyri-kafi vəziyyətdədir. Birlikdə olduğunuz adam sizi çox sevməsinə baxmayaraq, sizə qarşı istədiyiniz kimi davranmır. Əslində siz də nə istədiyinizi bilmirsiniz.

Balıqlar
Bir az sıxıntınız olacaq. Yenə də bir yaxınınızdan dəstək istəyib- istəməməkdə qərarsız olacaqsınız. Ala biləcəyiniz bir dəstək həyatınızı müvəqqəti də olsa rahatlaşdıracaq. Iş həyatınızda xoşbəxt bir sürpriz görünür.