700 bal toplayan abituriyent mənim rektorluq etdiyim Ali məktəbi seçdi-rektor Elmar Qasımov
14.09.2020

Bir neçə gün bundan əvvəl Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları zamanı ən yüksək – 700 bal toplayan Hüseyn Abdullayev və onun valideynləri ilə görüşdüm.

Qürur hissi keçirdim. İlk növbədə ona görə ki, 700 bal toplayan abituriyent mənim rektorluq etdiyim Ali məktəbi seçir. Lakin, ən böyük sevincim ondan ibarət idi ki, bu yüksək nəticəni əldə edən Hüseyn Abşeron rayonu Xırdalan şəhəri 1 saylı orta məktəbi bitirmişdir.
O məktəbki mən də həmin məktəbi 30 il bundan əvvəl məzun olaraq bitirmişəm. O məktəbki mənim formalaşmağımda böyük rol oynamışdır.

Qarşıdan Bilik Bayramı gəlir. Dərslər məlum səbəblərdən istədiyimiz formada başlamasa da, bayram bayramdır.  Mən və Hüseyn doğma məktəbimizin bütün müəllimlərinin timsalında Azərbaycan müəllimlərini təbrik edir, qarşılarında baş əyirik. Təəssüf ki, müəllimlərdən bəziləri həyatda yoxdur, onlara Allahdan rəhmət diləyirik.
Biz Sizə borcluyuq əziz müəllimlər.

Bayramın mübarək Azərbaycan müəllimi!

Visiontv.az