Məşhur türkiyəli müğənni Səda Sayan ötən həftələrdə 7-ci dəfə ailə həyatı qurub.
Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda bal ayında olan Səda Sayan və həyat yoldaşı Çağlar Ökten bal ayı üçün getdikləri Fransada gəlinlik və bəy kostyumları ilə küçə çəkilişləri edib.
Qeyd edək ki, 59 yaşlı müğənni musiqiçi Çağlar Öktenlə aprelin 24-də yalnız yaxın dostlarının əhatəsində toy mərasimi keçirib.
İlahə Əliyeva