65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejimi yumşaldılacaqmı? - RƏSMİ AÇIQLAMA
09.05.2020

Karantin rejimi ilə bağlı verilən qərarlar Operativ Qərargahın tibbi heyətinin təhlillərinə əsaslanır.

Visiontv.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində 65 yaşdan yuxarı şəxslərlə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, qarşıdakı günlərdə 65-dən yuxarı yaş həddi ilə bağlı yumşaldılma qərarı verilə bilər: "Amma burada bizim gənclərin öz böyüklərini qorumaq üçün atacağı addımlardan asılıdır. Biz sosial məsafəni qorumalı, qoruyucu vasitlərdən istifadə etməliyik. İrəlidəki günlərdə bununla bağlı əlavə məlumat veriləcək".