6 mayda gözlənilən hava şəraiti
06.05.2019

6 mayda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 6-da havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65,  gündüz 45-50 faiz olacaq.

 Azərbaycanın rayonlarında

Mayın 6-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.