31 il öncə Bakıda qırğın törədən - Qorbaçovun psixoloji portreti
20.01.2021

Qorbaçov Stavropol diyarının Krasnoqvardeysk rayonunun Privolnoye kəndində, kəndli ailəsində anadan olub, rusdur.

Partiyaya gənc yaşlarından daxil olub. Elə onda da Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 1950-1955-ci illərdə M.V.Lomonosov adına Moskva dövlət universitetinin hüquq fakültəsində oxuyub. 1955-ci ildən komsomol işlərində çalışıb. Stavropol diyar ÜİLKGİ-nin təbliğat və təşviqat şöbəsinin müdir müavini; 1958-ci ildən ÜİLKGİ-nin (komsomol təşkilatı) Stavropol diyar komitəsinin ikinci, sonra isə birinci katibi işləyib.

1962-ci ilin yanvarında keçirilən hesabat-seçki komsomol konfransında Sov. İKP-nin diyar komitəsinin birinci katibi F.D.Kulakov onun işini sərt şəkildə tənqid etmişdi. “ÜİLKGİ-nin diyar komitəsinin sosializm yarışlarına rəhbərlikdə qeyri-kafi işi barədə”ki hesabat məruzəsində deyilirdi: 
 

“İki il ərzində kənd təsərrüfatının vacib sahələrinə 18 min gənc oğlan və qız göndərilib. Adama elə gəlir ki, böyük miqyaslı iş görülüb, lakin əslində bu işlə əlaqədar müsbət heç nə görsənmir, çünki elə bu vaxt ərzində fermalardan 16 min gənc işdən çıxmışdır. Kadrların belə qərarsızlığı və tez-tez dəyişməsinin başlıca səbəbi, yoldaş Qorbaçov, diyar komsomol təşkilatında işləyən gənclər üçün elementar mədəni-məişət şəraitin yaradılmasına olan laqeyd münasibəti, fermalarda kütləvi-siyasi işlərin başlı-başına buraxılmasıdır. Nəticədə diyarda kommunist əməyi zərbəçisi adının alınması uğrunda yarışlar geniş vüsət almamışdı. ÜİLKGİ diyar komitəsi yarışlara, yalnız nəticə vurmaq lazım olduqda diqqət yetirir. Görünür, bizə, yoldaş Qorbaçovla, bu məsələni bir partiyaçı kimi müzakirə etmək, daha yaxşı olardı”. 

1962-ci ilin martında o artıq Stavropol Ərazi-istehsal kolxoz-sovxoz idarəsinin partiya təşkilatının katibi kimi vəzifəsi aşağı salınır. Lakin burada da onun yarıtmaz işi çox ciddi tənqid olunur. 1962-ci ilin yayında Sov.İKP-nin diyar komitəsinin verdiyi sərəncamda onun diqqətini, Sov.İKP MK-nin və SSRİ nazirlər sovetinin kənd təsərrüfatı zəhmətkeşlərinə müraciəti ilə bağlı işdə göstərdiyi məsuliyyətsizliyə yönəldirdi. M.S.Qorbaçov belə bir qiymətə qarşı öz etiraz dolu münasibətini bildirdi və onda F.D.Kulakov onun işinin yoxlanılması üçün komissiyanın yardılmasını təklif etdi. 07.08.1962-ci ildə isə diyar partiya fəallarının yığıncağında onun “payı”nı əməlli-başlı verdilər.

Stavropol DTK-nin keçmiş sədri E.B.Nordmanı Sov.İKP diyar komitəsinin birinci katibinin məsələsi həll olunacaq plenumdan öncə, DTK-nin sərdinin birinci müavini S.Çviqun onu öz yanına dəvət etdi. Həmin dövrdə kadrlar üzrə bütün məsələlər, DTK ilə razılaşdırılırdı. Əgər bu təşkilatın başında Andropovun dayandığını nəzərə alsaq, onda DTK-nin belə məsələlərdə fikrinin niyə belə vacib olduğu aydındır. Çviqunu, Qorbaçouvun keçmiş rəhbər komsomol fəalı kimi, A.Şelepin – V.Semiçastnı qurupu ilə nə qədər bağlı olduğu maraqlandırırdı. Onda, məhz onların L.İ.Brejnevə qarşı müxalifətdə olduğunu hesab edirdilər. E.Nordman S.Çviqunu, M.Qorbaçovun Şelepin və Semiçastnı qrupuna heç bir aidiyyatı olmadığına inandırdı.

E.Nordmanın həyatı adi olmayıb. Y.V.Andropov Nordman ilə Kislovodskda dincələrkən tanış olurlar. Onun düzgünlüyünü və özünə sədaqətli adam olduğunu qiymətləndirən Andropov onu Özbəkistan DTK-nə rəhbər təyin edir. Məsələ burasındadır ki, məhz həmin Nordmanın köməyi ilə Qorbaçov Andropova yaxınlaşa bilmişdi. Bu yaxınlıqdan sonra, 1971-ci ildə, Qorboçov Sov.İKP MK-nın üzvü olacaqdı. 27.11.1978-ci ildən 11.03.1985-ci ilədək Sov. İKP MK-nın katibi, 27.11.1979-cu ildən 21.08.1980-ci ilə kimi Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd, 21.10.1980-ci ildən isə, Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü seçiləcəkdi.

Onun bundan sonrakı taleyi isə hamıya məlumdur. 11.03.1985-ci ildən 24.08.1991-ci ildə kimi Sov.İKP MK-nın baş katibi vəzifəsini daşımışdır. Az bir müddətdə SSRİ-nin prezidenti oldu.

Qorbaçovun şəxsiyyətinin nəzəri cəhətcə tədqiqatı və onun kritik vəziyyətlərdə səciyyəvi xüsusiyyətləri onda iki əlaməti gözə çarpdırır; şəxsiyyətin infanti məsuliyyətsizlik səviyyəsi və onun ətrafa olan şübhəli münasibəti. Hərçənd ki, yazının formatı Kreml personajlarına tibbi diaqnoz qoyulması üçün nəzərdə tutulmasa da, Qorbaçovun kliniki infantil məsuliyyətsizlik səviyyəsinə yalnız aşağıda göstərilən formada izah vermək mümkündür.

Kritik vəziyyətlərdə keçirilən həyacanın aradan qaldırılmasında əhəmiyyətli müxtəlifliyini görərək, F.E.Vasilyuk, artıq baş vermiş kritik hadisəyə və bu hadisə ilə yaranan həyati təlabata münasibətdə həyəcanlanmanın dörd növüdür.

Gedonistik həyəcanlanma zamanı insan baş vermiş fakta məhəl qoymur, daxilən onu tərif və inkar edir (“qorxulu heç nə baş verməmişdir”), həyatının, pis vaxtında belə beynində xoşbəxtlik və firavanlıq illuziyalarını formalaşdırır və özünü buna inandırır.

M.Qorbaçovun uzun illər köməkçisi olmuş Georgi Şahnazarov qeyd edir ki, (Yeltsin, Kreml, xəstəlik tarixi kitabından):

"Qorbaçovun ən zəif cəhətlərindən biri laqeydlik keyfiyyətidir. Xasiyyətcə nikbin və həmişə bəxti gətirən bu adam, hər cür işin özü üçün əlverişli nəticələrlə başa çatacağına əmin idi və bununla, demək, bu işin pis tərəflərinə də hazırlaşmırdı. Mən onun gələcək qarşısında qorxu və əlavə ehtiyat tədbirlərini görməyə məcbur edən əndişə hissinin keçirdiyini görməmişəm.”

Qorbaçovun infantiliyi 1989-cu ilin mayının 18-də, onun Çinə rəsmi səfəri dövründə Tyanyanmin meydanında tələbələrin iğtişaşlar zamanında özünü göstərdi.

Akademik Y.İ.Çazov bu günləri xatırlayaraq (“ROK” kitabında) yazır: “İki kommunist islahatçının Qorbaçov və Den Syaopinin görüşü hələ də gözümün qarşısında dayanır. Müqayisə Sovet “yenidənqurma”sının xeyrinə deyildi. Den-Syaopin müdrik siyasətçi, təcrübəli diplomat və eyni zamanda da böyük iradəli insan idi. Qorboçov tələbələrin və demokratiyanın müdafiəsi üçün fikir söyləməyə çalışanda Den-Syopin “hərdən küçədə zibil yığılır, lakin külək gəlir və hər yeri təmizləyir. Bizdə də belə olacaq” – deyərək onun sözünü kəsdi. Hə, Sofokl “çox danışmaq və çox şey demək eyni şey deyil” dedikdə, haqlı imiş. Mən, bizim bu ölkədən gedəcəyimiz günün elə səfərisi bu küləyin Tyanyanmin meydanına hücum məkəcəyinə və bunun “təmizlənmə” ilə nəticələnəcəyinə şübhə etmirdim”.

Normal adam, reallıq əsasında səbr mexanizmi və baş verən hadisələrə ayıq başla münasibət bəsləyir, reallıq prinsiplərinə tabe olur. İnsan, son anda, baş verən hadisənin reallığını qəbul edir, öz tələbatını və maraqlarını həyatının yeni maraqlarına uyğunlaşdırır. Real hisslər, həyatın mənasını korlayan kritik vəziyyətləri tam qəbul edərək, onu etiraf edir, lakin həyatına yeni məna verən işlərə da can atır. Fikrə, xəyala dalan və özünü dərk edən real hisslərlə insan həyatının mənasının daha çox dərk edilməsinə nail ola bilər. Bu bacarıq insana “həyatı daha böyük planda qavramağa” kömək edir.
Bu qiymətli və nadir xüsusiyyət-müdriklik adlanır. Məhz müdriklik, real hiss və duyğular prosesində iradə və inadkarlığını qoruyub saxlamaqla insana kömək edir. Real hisslərin analoqu, əxlaqı davranış ola bilər. Nə qədər sərt olursa-olsun, xarici şərait yox, mənəvi prinsiplər bu davranış üçün qanun rolunu oynayır. Qorbaçovda isə hər şey tərsinə idi. Y.İ.Çazov yazır: “Səhərisi, biz Çindən vətənə qayıtdığmız gün, təyyarə havaya qalxdıqdan iyirmi dəqiqə sonra, Qorbaçov məni təyyarənin baş katibə aid olan salonuna, nahar etməyə dəvət etdi. Masa arxasında, ondan və Raisa Maksimovnadan başqa, A.Yakovlev və E.Şevardnadze də oturmuşdu. Yorğun olduqlarında, ya da ki, aparılan çətin danışıqlar səbəbindən nahar tez başa çatdı. Mən artıq durub getmək istəyirdim ki, birdən Qorboçov o dövrdə özünün ən yaxın silahdaşları saydığı bu iki şəxsə müraciət etdi:

“Siz məni bağışlayın, amma mən Yevgeni İvanoviç ilə bəzi tibbi problemləri müzakirə etməliyəm” dedi. Biz üçlükdə qaldıq. Qorbaçov söhbəti keçmiş xatirələrini danışmaqla başladı. Mənim yaratdığım və onun qızının da işlədiyi Kardioloji mərkəzdə işlərin necə getdiyi haqda maraqlandı. Raisa Maksimovna Çinə olan bu səfər haqqında şövq və fərəhli tonda danışırdı və həmişə olduğu kimi öz həyat yoldaşının xidmətlərini də qeyd etməyi unutmadı.

Tədricən, söhbət siyasi problemlərin gündən-günə daha da pisləşməsinə keçdi. Qorbaçovlar ailəsində bir çox dövlət və kadr məsələlərinin Raisa Maksimovnasız həll edilmədiyini bildiyimdən, söhbət Mixail Sergeyeviçi əhatə edən insanlardan düşəndə Raisa Maksimovnanın söhbətə müdaxilə edərək, məni dəstəkləməsi, düzü məni çox təəccübləndirdi. Mən Mixail Sergeyiçi heç vaxt belə qıcıqlanan görməmişdim. O, qızardı, birdən yerindən sıçradı və salonda gəzişməyə başladı. Onun dediyi sözlər bir çox illər ərzində xəyalımda sandığım aparıcı, müdrik, güclü baş katib obrazını tamamilə dağıtdı. Qarşımda, onu tərk edən hakimiyyət uğrunda mübarizə aparan və özünün siyasi vəzifəsini bütün vasitələrlə qoruyub saxlamağa çalışan adi partiya katibi durmuşdu. O, deyirdi: “Siz nə siyasətdə, nə də ki, ölkəyə rəhbərlikdə heç nə anlamırsınız. Mənə Ali Sovetin Rəyasət Heyyətinin sədri seçilmək lazımdır”.

Görürsünüzmü, Qorbaçovun bir dəfə də olsun, öz fikirlərində dəyişiklik etmək ağlına belə gəlməmişdi. Belə şəxslər iradi davranışlarda təcrübəsi olmadığından, kritik vəziyyətlərdən çıxmaq üçün şüurlu və intizamlı şəkildə çıxış yolu axtarmaq bacarığını qoruyub saxlaya bilmirlər. Bu şəxslər şəraiti idarə edə və özünü yaranmış vəziyyətə qarşı qoya bilmir. Onlar inqilabi qəhrəmanlıq üçün tələb olunan ilkin psixoloji şərtlərə malik deyillər. Elə buna görə də Qorbaçov Yeltsin tərəfindən ona göstərilən psixoloji təzyiqə tab gətirə bilmədi.

Adıgözəl Məmmədov

Visiontv.az