30 illik konfliktə son qoyulmuşdur-Qərb və ABŞ isə bundan narazıdır
23.10.2021

“Qarabağda eskalasiya yaranmasında Qərb maraqlıdır, çünki yaranmış vəziyyət onu qane etmir”. Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin caliber.az saytına müsahibəsində bildirmişdir.

“30 illik konfliktə son qoyulmuşdur. Rusiya sülhməramlılarının regionda olması sülhün qarantıdır. Lakin radikallar, revanş axtaran millətçilər bundan narazıdırlar. O cümlədən Qərb, ilk növbədə ABŞ narazıdır. Belə də şey olar? Axı sülh onların birbaşa iştirakı olmadan bərqərar olub, demək onların maraqları nəzərə alınmayıb. Qərb strateqləri deyirlər ki, belə olmaz, ABŞ və Fransanın iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır. Alınmayanda deyirlər ki, biz indi sülhü sizə göstərərik!”
Korovinin sözlərinə görə bütün provokasiyaların və gərginləşdirmələrin məqsədi budur ki, heç bir sülhün olmadığını, Rusiya sülhməramlarının işin öhdəsindən gəlmədiyini göstərsinlər: “Qərb, ABŞ və tərəfdarları onların iştirakı olmadan sülh yaradılmasına razı deyillər, axı bu zaman onlar öz şərtlərini diktə edə bilmirlər, onların maraqları nəzərə alınmır, onlardan heç nə asılı olmur. Onlarsa buna öyrəşməyiblər, axı Barak Obamanın dediyi kimi, “dünya ağalarıdır”, “seçilmiş millətdirlər”.
Politoloq qəti şəkildə bildirmişdir ki, regionun istənilən eskalasiyasının arxasında Qərb və onun agenturası durur, “belə ki Qərb və ABŞ istənilən regiona məhz destabilizasiya yaratmaqla girirlər, öz maraqlarını diqtə edirlər və öz iradələrini yeridirlər”: “Provokasiyalar yolu ilə regiondakı vəziyyəti destabilləşdirmək – tipik amerikan fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt yaratmışlar. Bu tərəfdən digər tərəfdə dayanana atəş açırlar, o biri tərəfdən isə burda dayanana. Ukrayna Maydanını yada salmaq kifayətdir”.
Jurnalistin Türkiyə barədə sualına Korovin belə cavab vermişdir ki, geopolitik nöqteyi-nəzərdən iki cür Türkiyə vardır: “Bir atlantik Türkiyə vardır ki, NATO üzvüdür, qərbyönümlüdür. Bir də avrasiyaçı Türkiyə vardır ki, ənənəçidir, antiqərbdir, antiamerikandir, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur. Həmin təbii Türkiyə Avrasiya sivilizasiyasının ayrılmaz bir hissəsidir, gələcək çoxqütblü dünyanın qütblərindən biridir. Bax belə ənənəçi, avrasiyaçı, Qərb boyunduruğundan, Qərb dəyərlərindən uzaq Türkiyənin öz avrasiyaçı identikliyini saxlamış Rusiya ilə çoxlu ümumi cəhətləri var. Həmin ənənəçi Türkiyənin Rusiya ilə ümumi maraqları var ki, okeanın o üzündəki xain, hər yerə dürtülən, öz maraqlarından başqa heç kəsin maraqları ilə hesablaşmayan “müttəfiqin” ziddinə olaraq bu maraqları gücləndirmək lazımdır”.
Politoloqun fikrincə, regionda tezliklə sülh yaranacaq: “Və sülh nə qədər dayanlıqlı olarsa, Azərbaycan və Ermənistan daha aktiv şəkildə Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proyektlərində iştirak edəcəklər. Rusiya – sülhün qarantıdır. Rusiya sülhməramlıları olmasa, regionda bir anın içində partlayış olar”.
visiontv.az