30 il ərzində ilk dəfədir ki, müxalifət ölkə rəhbərinin əks-hücum əməliyyatına tam və şərtsiz dəstək verir - Azər Rəşidoğlu
22.10.2020

Prezident xalqa son müraciətində mühüm mesaj verdi - "Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir".

Bu mesajı demokratik açılım anonsu hesab etmək olar. Son çıxışlarında ölkə rəhbəri müxalifəti tənqid eləmir, iqtidar-müxalifət ayrı-seçkiliyi eləmir və birlik çağırışı edir.

Müxalifət də "ordunun arxasındayıq" bəyanatı ilə ölkə başçısını tam dəstəkləyir. Anladığım budur ki, hakimiyyət dəhlizində iki xətt var. Tam milli birliyə nail olmaq istəyən və artıq buna qismən də olsa nail olanlar və qarşıdurmada maraqlı olub, öz önəmlərini gözə soxanlar (yumşaq desək).

Bu mərhələdə, döyüşlərin getdiyi bir zamanda milli birliyi pozan hər hansı bir addımı atanlar yumşaq desək, döyüşləri sabotaj edirlər. 30 il ərzində ilk dəfədir ki, müxalifət ölkə rəhbərinin əks-hücum əməliyyatına tam və şərtsiz dəstək verir.

Bunu pozmaq istəyən məmurların səsinin Rusiyadan gələcəyinə əminəm! Ordunun böyük uğurları, Hikmət Hacıyevin möhtəşəm gedişləri, Prezidentin mükəmməl çıxışları fonunda qaraguruh yanaşma eybəcər görünür...

Visiontv.az