3 mindən çox İran tankeri Əfqanıstanda ilişib qalıb
13.10.2025

İranın 3 mindən çox yanacaq tankeri və yük maşını iki aydan çoxdur ki, Əfqanıstan ərazisində qalıb.

İran Neft Məhsulları Birliyinin sözçüsü Həmid Hüseyni bildirib ki, bu vəziyyət Əfqanıstanın yanacaq standartlarını əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirməsi nəticəsində yaranıb.

Onun sözlərinə görə, İran yanacağı Kabilin yeni standartlarına uyğun gəlmədiyi üçün 3-4 min yük maşını sərhəddə saxlanılıb və onların geri qayıtmasına da icazə verilmir.  Qeyd edək ki, Taliban hakimiyyətə ələ keçirdikdən sonra İran yanacağının idxalına məhdudiyyətlər tətbiq edib.

visiontv.az