3 min it diri-diri yandırılır, ətlərindən sous bişirilir - İYRƏNC FESTİVALDAN GÖRÜNTÜLƏR
02.07.2019

Çində hər il keçirilən it əti festivalından yayılan görüntüləri izləyənləri hiddətləndirib.

Çinin Yulin vilayətində baş tutan festivalda minlərlə it ətindən sous və bənzər yeməklər hazırlanır. Bu isə təxminən 3 min itin diri-diri yandırılaraq yeyilməsi nəzərdə tutulub.

10 gün keçirilən festivala dünyanın dörd bir yanından sərt reaksiyalar gəlməkdədir. Heyvan hüquqlarını müdafiə edən qurumlar festivalı baykot etməyə çalışıb. Lakin yerli hakimiyyət festivalı dəstəklədiyi üçün təşkilatçılar heç bir problemlə üzləşməyib. (big.az)