29.10.2019 -Bürclər bizə nələr vəd edir
29.10.2019

Visiontv.az 29 oktyabra olan bürc yorumlarını təqdim edir.

 

Qoç
Işdə uğur qazanacağınız gözlənilir. Ehtimal ki, ya əmək haqqınız artırılacaq, ya da vəzifəniz yüksələcək. Istənilən sənədlərin imzalanması üçün münasib gündür. Siz həmişəkindən daha tez yorulacaqsınız. Bu, özünü günün ortalarında büruzə verəcək.

Buğa
Ehtimal ki, əhəmiyyətli miqdarda gəliriniz olacaq. Bu gün hansısa layihəyə pul yatırtsanız, xeyrini görəcəksiniz. Fəaliyyət dairənizi genişləndirmək imkanı olacaq. Cəlbedicilik qabiliyyətiniz əks cinsin nümayəndlərini sizə qarşı biganə qalmamağa vadar edəcək.

Əkizlər
Müdriyyətlə aranızda mübahisə düşəcəyi ehtimal olunur. Xoşbəxtlikdən siz daha tez güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də günün gedişi xoşagəlməz izlər buraxmayacaq. Başınızı işlə yükləməyin, bir az da dost-tanışla söhbət etməyə vaxt ayırın. Son günlər sizi narahat edən məsələləri müzakirə edə bilərsiniz.

Xərçəng
Əlinizə düşən ilk fürsətdə liderlik xüsusiyyətinizi nümayiş etdirəcəksiniz. Bu səbəbdən də tez-tez diqqət mərkəzində olursunuz. Yaxşı olar ki, kifayət qədər tanımadığınız adamlarla ünsiyyətdə olarkən diqqətli olasınız. Onlar sizin enerjinizdən şəxsi məqsədləri üçün istifadə edə bilərlər.

Şir
Günün birinci yarısı sakit keçəcək. Qabaqcadan qurduğunuz plan əsasında hərəkət edə biləcəksiniz. Günorta vaxtları mötəbər şəxslərdən biri ilə görüşünüz olacaq. O sizə dayaq duracağını vəd edəcək. Günün ikinci yarısında yaşlı qohumlarla aranızda gərginlik yaşanacaq.

Qız
Bu gün sevdiklərinizə yaxşı münasibət bəsləyəcəksiniz. Gün yaxınlarınızın qayğısına qalmaq baxımından əlverişlidir. Günün ortalarında hökumət orqanlrının nümayəndələrilə əlaqədə olacaqsınız. Axşam əhvalınızın korlanacağı bildirilir.

Tərəzi
Bu gün sizin istedadınız və ya hansısa bacarığınz diqqət çəkəcək. Kifayət qədər maraqlı tanışlarınız peyda olacaq. Romantik münasibətiniz harmonal inkişaf edəcək. Sevdiyiniz adama qarşı səmimi olmağınız məsləhətdir.

Əqrəb
Işgüzar münasibətlər baxımından məhsuldar gün deyil. Əgər təyin etdiyiniz görüşü təxirə sala bilmirsinizsə, onda bu gün danışığınıza xüsusi diqqət yetirin. Yaxşı olar ki, daxili sakitliyinizi qoruyasınız. Əks halda münaqişədən qaça bilməyəcəksiniz.

Oxatan
Ehtimal ki, ailə üzvlərinizlə bağlı vacib xəbər alacaqsınız. Qohumlarınızın dəstəyilə çoxdanki planlarınızı reallaşdıra biləcəksiniz. Ancaq gün mübahisəsiz ötüşməyəcək. Bütün vacib qərarları sərbəst versəniz fadasını görərsiniz.

Oğlaq
Şəxsi həyatda vacib və xoş dəyişikliklər olacaq. Bürcün nümayəndələrini günün hadisələri sevindirəcək. Gün qonaq qəbulu, evdə şənlik keçirmək üçün münasib hesab olunur. “Oğlaq”lar həvəslə ev işlərilə məşğul olacaq, övladlarına vaxt ayıracaqlar.

Dolça
O qədər də ürəkaçan gün deyil. Məqsədə çatmaq şansınız olacaq, amma bu asan başa gəlməyəcək. Yaxınlarla münasibətiniz də qaydasında olmayacaq. Kompromisə getməyi bacarsanız, gün daha uğurlu olar. Şəxsi müstəvidə çoxdankı arzunuza çatacağınız da istisna edilmir.

Balıqlar
Məhsuldar gündür. Əlinizə aldığınız yeni işi uğurla başa vura biləcəksiniz. Ətrafdakıların üzərlərinə düşən işin öhdəsindən heç də həmişə gələ bilməmələri sizi əsəbiləşdirəcək. Ancaq yumor hssi neqativ hallardan çıxmağa yardımçı olacaq.