29.07.2019 Bürclər sizə nələr vəd edir?
29.07.2019

Qoç
Günün hadisələri gözlədiyiniz istiqamətdə inkişaf etməyəcək. Ancaq sürprizlərin əksəriyyətinin xoş olacağı gözlənilir. Ailədəki atmosfer ürəkaçan olmayacaq, münaqişələr istisna deyil. Xüsusilə də maliyyə vəziyyəti yaxşı olmayan kəslər üçün bu, daha ağır şəkildə baş verəcək.

Buğa
Uğursuz gündür. Öz günahınızdan baş verməyən problemləri həll etməli olacaqsınız. Bu işdə özünüzə yardımçı tapa bilməməyiniz işinizi daha da ağırlaşdıracaq. Yolda sənəd və ya hansısa əşyanı itirmək təhlükəsi də var. Sevgilinizlə münasibətlərinizin gərginləşəcəyi bildirilir.

Əkizlər
Günün hadisələri kifayət qədər xoş müstəvidə cərəyan edəcək. Xoşbəxtlikdən situasiyanı ələ ala biləcəksiniz və tez qərar verəcəksiniz. Dostlar və yaxınlarınız yaxşı məsləhətlərini əsirgəməyəcəklər. Günün ikinci yarısında səhhətinizdə problemlər ola bilər.

Xərçəng
Yeniliyə tez alışırsınız. Bu səbəbdən də artıq günün ikinci yarısında istənilən müstəvidə təcrübəli adam kimi çıxış edə bilirsiniz. Yeni müttəfiqlərlə əməkdaşlığa başlaya bilərsiniz. Bu sferada ilk uğurunuz sizi çox gözlətməyəcək. Gün ailə münasibətlərinin möhkəmləndirilməsi baxımından əlverişlidir.

Şir
Gün ürəyinizcə olmayacaq. Yaxınlarınızla, ailə üzvlərilə mübahisə edəcəksiniz. Kompromisə getmək asan olmayacaq. Siz sülhü bərqərar etməkdənsə, dediyinizin üstündə duracaqsınız. Günün ikinci yarısında səhhətinizdə problemlər olacaq.

Qız
Faydalı olduğu qədər çətin işlərlə məşğul olacaqsınız. Işləri öz axarına buraxmaq olmaz, çünki bunu sizdən başqa heç kim düzgün yoluna qoymayacaqq. Işdəki atmosfer yaxşı olacaq, müdiriyyət sizi dəstəkləyəcək. Gün dərindən təmizlik və ya təmir işlərinin aparılması baxımından məhsuldardır.

Tərəzi
Çətinliklər olacaq. Işgüzar müstəvidə uğursuzluq da istisna edilmir. Buraxılmış səhvlərin ağır fəsadları ola bilər. Sizə əziz olanlarla mübahisə etmək istəmədiyinizə baxmayaraq, buna həmişə nail ola bilmirsiniz. Axşam saatlarında sürprizlə qarşılaşacağınız ehtimal edilir.

Əqrəb
Uğurlu gündür. Nəticədə ideya və fikirlərinizi ətrafdakılar dəstəkləyəcək. Yeni layihələr üzərində çalışa bilərsiniz. Bu, işinizin təkcə maraqlı deyil, həm də gəlirli olacağı bildirilir. Sizi xoş sürpriz də gözləyir.

Oxatan
Işgüzar müstəvidə dəyişiklik gözlənilir. Yeni maraqlarınız baş qaldırdığından sizin əlinizdəki layihəni davam etdirmək üçün köməkçiyə ehtiyacınız olacaq. Şəxsi müstəvidə sabit münasibətlərə üstünlük verirsiniz, eyni zamanda, təklikdən qorxursunuz. Bunun ucbatından bəzən elə addımlar atırsınız ki, hərəkətlərinizlə ətrafdakıları təəccübləndirirsiniz.

Oğlaq
Günün hadisələri yaxşılığa doğru dəyişiklik vəd edir. Kommersiya fəaliyyətində uğur qazanacağınız və gözlənilməz gəlirə sahib olacağınız da istisna edilmir. Bu gün çoxdankı ailə problemlərini də həll edə bilərsiniz.

Dolça
Bu gün sizin üçün asan olmayacaq. Bir sıra problemlər öz həllini gözləyir. Onların hamısının öhdəsindən gəlmək isə mümkün deyil. Bu üzdən də xırda anlaşılmazlıqlar və konfliktlər qaçılmazdır. Qiymətli olmasa da, dəyərli hesab etdiyiniz əşyanı itirmək təhlükəsi də var.

Balıqlar
Maraqlı gün yaşayacaqsınız. Gün ərzində kifayət qədər xoş sözlər eşidəcəksiniz. Əks cinsin nümayəndələri sizə qarşı diqqətli olacaqlar. Bu da sizi sevindirəcək. Şəxsi müstəvidə maraqlı olayların baş verməsinə baxmayaraq, işə də vaxt ayıra biləcəksiniz.