29.05.2019 Bugün bürclər sizə nələr vəd edir?
29.05.2019

Günün qoroskopu. Planlarınızı yenidən nəzərdən keçirin

Qoç – Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gözəl gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!

Buğa – Bu bayram gününü rahat tərzdə yola salmağa çalışın. Bütün problem və qayğıları bir tərəfə atıb ürəyinizə yaxın insanların ətrafında olun. Beyin gərginliyini azaltmaq üçün gözəl fürsətdir.

Əkizlər – Şəxsi taleyinizdə böyük dönüşə başlamaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə enerji itirməyin. Təklifləri qəbul edin.

Xərçəng – Bu gün uğurlu işgüzar sövdələşmələriniz gözlənilir. Təşəbbüskarlığı əldən verməyin. Baxmayaraq ki ümumi işlər passivdir, nəzərdə tutduğunuz işləri başa çatdıra bilərsiniz.

Şir – Yalnız qonaqlıq və səfərlər üçün düşərli ərəfədir. Maliyyə və fəaliyyət sahəsində isə gərginliklə üzləşə bilərsiniz. Bu arada vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Qız – Şəxsi perspektivlərinizi reallaşdırmaq istiqamətində sizə mane olanların sayı durmadan artır. Odur ki, görəcəyiniz işlər barədə heç kimə informasiya verməyin. Bir az qapalı olun.

Tərəzi – Hədsiz dərəcədə uğurlu gündür. Bu proqnozun reallaşması üçün əlinizdən gələni etməlisiniz. Aktiv olun. Yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz də gözlənilir.

Əqrəb – Ulduzlar bəxtinizə uğurlu zaman kəsiyi yazıb. İstər qarşılıqlı münasibətlər zəminində, istərsə də iş prinsipində nailiyyətləriniz saysız ola bilər. Bir şərtlə ki, əsəblərinizi qoruyasınız.

Oxatan – Qərarlarınızdan dönməyin. Ən azı ona görə ki, Göy qübbəsi düz yolda olduğunuzdan xəbər verir. İkitərəfli danışıqlarda iştirak etməyiniz gələcək karyeranızda böyük rol oynayacaq.

Oğlaq – Hər şey çıxardığınız qərarlardan asılı olacaq. Tərəddüd etdiyiniz məsələlərdə etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Qonaqlıq və əyləncələr üçün münasib vaxt deyil.

Dolça – Yaxşı olar ki, bu əzəmətli tarixdə bütün işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı ərəfə münaqişəli ola bilər. Bu arada yeni sövdələşmələrdə iştirakınız da gözlənilir.

Balıqlar – Bəri başdan anlayın ki, bu gözəl təqvimdə işləriniz hədsiz dərəcədə çox olacaq. Xüsusən də axşam saatlarınadək bərk yorulacaqsınız. Elə isə bayram ləzzətini sonrakı saatlara saxlayın.