"28 May" stansiyasında həyəcanlı anlar
17.10.2019

Bakı Metropoliteninin "28 May" stansiyasında həyəcanlı anlar yaşanıb.
VisionTV.az  Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov "qafqazinfo"ya bildirib.

O, vurğulayıb ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:

"Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir.

Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır".