27 yaşlı ana özünü və iki qızını öldürdü - FOTO
26.01.2019

27 yaşlı Tiffani Stivens iki qızını - 3 yaşlı Keysini və bir yaşlı Darsini öldürəndən sonra intihar edib.

27 yaşlı Tiffani Stivens iki qızını - 3 yaşlı Keysini və bir yaşlı Darsini öldürəndən sonra intihar edib.

Visiontv.Az Daily Mail-ə istinadən bildirir ki, onların cəsədləri İngiltərənin Bolton şəhərində, ailənin yaşadığı evdə tapılıb.

Polisdən verilən məlumata görə, Tiffani Stivensin qardaşı Stiven Ceymi Kanliffin dediyinə görə, evdən qışqırtı səsləri eşidəndə qapısını sındıraraq içəri girib: "Lakin çox gec idi. Bacım uşaqları öldürüb canına qıymışdı".

 

Övladlarını qətlə yetirərək intihar etmiş qadının ölümündən əvvəl Facebook-da son paylaşımında yazılmışdı: "Sizi alçaldan insanlardan uzaq durun. Sizə dəyər verməyən insanlarla təmas qurmayın. Ruhunuzu və qəlbinizi zəhərləyənlərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Bu yaramaz, laqeyd, soyuq dünyaya sizi dəyişməyə imkan verməyin".

Məqaləyə dair fotomateriallar: