26 fevrala 44 günlük müharibənin nəticəsini nəzərə alıb hazırlaşmalıyıq - Azər Qasımov
26.01.2021

"Xocalı soyqırımı" baş vermiş 26 fevrala ciddi və məsələnin mahiyyətini 44 günlük müharibənin nəticəsini nəzərə alıb hazırlaşmalıyıq. Hesab edirəm ki, bu, əldə etdiyimiz nəticənin mahiyyətinə uyğun olmalıdır və erməni tərəfinin son ümidləri olan rus sülhməranlılarına güvənib yenidən toparlanmaq, qondarma qurumun legitimləşdirilməsi üçün hansısa fəaliyyətlərinə olan ümidlərinin üstündən xətt çəkməlidir.

İlk növbədə bunun üçün fəaliyyət planı elə hazırlanmalıdır ki, nə ölkə daxili ictimaiyyətdə, nə kənarda, nə də ermənidə hansısa suallara yer buraxmasın. Əldə etdiyimiz uğurlu nəticənin ardından keçiriləcək ilk anım günü gələcək proseslərin də mahiyyətində dəyişiklik edəcək, çünki bundan çox şey asılı olacaq.

Biz heç nəyə baxmadan Xocalı şəhidlərini birbaşa hadisələrin baş verdiyi ərazilərdə anmalıyıq. Bu, ciddi mesaj ola və rezonans doğura bilər. Bunun üçün ruslarla danışıq aparılmalıdır ki, şərait yaratsınlar. Ağdam, Əsgəran, Naxçıvanik, Xocalı ərazilərində soyqırımı olan yerlər mütləq ziyarət edilməlidir. Onda Qarabağ məsələsinin tam həll edildiyinə heç kimdə şübhə qalmayacaq.

Bunun üçün lazım gəlsə həm rus, həm də erməni tərəfinə müxtəlif təzyiqlər belə edilməlidir. Türkiyə də bu məsələni qabartsa  daha yaxşı olar. Həmin gün həmin ərazilərdə bizim tələbimizlə insident yaranmasın deyə ermənilərə çölə çıxma yasağı belə qoyulmalıdır ki, kimin söz sahibi olduğunu anlasınlar.

Visiontv.az