2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib
2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib
06.11.2024 Vüqar Bayramov Tərəfindən

Bu gün Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü öz işinə başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qırğız Respublikasında səfərdədir.

15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir. Türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir.

Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Qlobal çağrışlar fonunda Türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1.4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir.

Millət vəkili Vüqar Bayramov

visiontv.az