2022 - ci ildə ən çox oxunan yazıçılar...
2022 - ci ildə ən çox oxunan yazıçılar...
26.09.2022 MEDİA Tərəfindən

Kağız xərclərinin artması və iqtisadiyyatın pisləşməsi kitab çapına və satışına zərbə vursa da, bu vəziyyətdən asılı olmayaraq bəzi kitablara tələbat davam edir. Lakin nə olur olsun kitabsevərlər hər zaman öz kitab sevdasından vaz keçmir.

Beləliklə bu dəfə sizə, 2022 - ci ildə ən çox oxunan bədii əsərlər barədə danışmaq istərdim. 

Britaniya yazıçısı Mett Heyqin "Gecəyarısı Kitabxanası" romanı bütün siyahılarda ən çox satılan bədii kitablardan biridir.
İhsan Oktay Anarın Everest Nəşriyyatı tərəfindən nəşr olunan "Tiamat" adlı kitabı da ən çox satılan kitablardandır.  Kitab insanların sualtı qayıqda savaş və mübarizəsindən bəhs edir.

 “Nyu York Tayms”ın bestsellerlər siyahısında ən ön sıralara yüksələn və 50-dən çox dilə tərcümə edilən və bütün dünyada 5 milyon nüsxədən çox satılan “Atom vərdişləri” kitabıdır.Kitabın müəllidi yazıçı Ceryms Kleardır

Növbəti yazıçı Portuqaliyalı, Nobel mükafatçısı Joze Saramaqodur. Onun müəllifi olduğu "Korluq" kitabı 2022 - ci ilin ən çox oxunanlardan biridir

Siyahıda dünyaşöhrətli Viktor Hüqo da var. Onun "Bir edam olunacaq məhkumun son günü" kitabı çox oxunanlar sırasındadır.
Yaponiyanın ən çox oxunan müəlliflərindən biri olan Osamu Dazai, “Yaşıl bambuk” və digər fantastik hekayələri ilə bestsellerlər siyahısında qalmağı bacarıb.

"Heyvanıstan" adlı kitabı ilə bu siyahıda yer alan yazıçı Corc Ourel də var. Onun bu əsəri müasir dünya ədəbiyyatında ən təsirli əsərlərdən hesab olunur.

Bünyamin Bünyadzadə

Visiontv.az