2014-cü ildən fərqli olaraq indi Ukrayna cəbhəsində Rusiya qarşısında real güc dayanıb
2014-cü ildən fərqli olaraq indi Ukrayna cəbhəsində Rusiya qarşısında real güc dayanıb
01.12.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya və NATO arasında Şərqi Avropada və Qara dənizdə siyasi-hərbi vəziyyət gərginləşir. NATO Polşada, Bribaltikada və Qara dənizdə hərbi birliklərini artırır.

ABŞ başda olmaqla NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsi əsasən, Rusiyanın Belarus ərazisindən Polaşaya və Ukaryanaya qarşı aqresiyyasının qarşısını almaqla yanaşı, ümumilikdə Ukrayaya qarşı Kremlin hərbi təzyiqlərinin qarşısnı almaqdır.

Rusiya NATO -dan çəkinib, Ukrayana qarşı geniş miqyaslı müharibə apara bilərmi? Təbii ki, qarşısında yeni bir güc görən Rusiya Ukrayna cəbhəsində çalışacaq ki, toqquşmalardan çəkinsin. ABŞ -ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdə hərbi qüvvələr sabah Ukrayna ərazində peyda ola bilər. Ona görə də  2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb.

Qeyd edim ki, NATO və ABŞ cəsarətləndirən Rusiya ətrafında yeni birliklər yığıb, Ukraynanı lokal əməliyyatlara sövq etməsində Qarabağ müharibəsinin də amili xüsusi yer tutur. Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsinə gətirib çıxarır.

Bir neçə aydır Donbasda lokal hərbi əməliyyatlar keçirlir. Ukrayna ordusu separtaçılara zərbələr vurur. Bir neçə yaşayış məskəsnini azad edib. Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsi ilə danışıqlara hazır  olduğunu qeyd edir. Türkiyənin vasitəçilyi isə, Ukraynın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli bir vasitəçi olması sual doğurur. Çünki, Ukrayna məsələsi geoplotik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görsənir. Ukraynanın isə, hərbi əməliyyatlara siyasi və hərbi gücü imkan verəcək. Təbii ki, ABŞ və NATO -da prosesdə yer ala bilər.

Azərbaycan Ukraynın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daima bəyan edib.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini

Visiontv.az