22.09.2019
Axtar
Sağlıq-səhiyyə
alt

“20 YANVAR”İctimai Birliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyə aksiyası keçirir

 

Vision TV- xəbər verir ki, 16 yanvar  “20 Yanvar” İctimai Birliyi və   Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası  İctimai Birliyin ofisində xeyriyyə aksiya təşkil edib.

Aksiyanın məqsədi 20 yanvar şəhid ailələri və əlillərinin  səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya zamanı   56 vətəndaşın gözü müayinə olunması nəzərdə tutulu.

 

Qeyd edək ki, “20 Yanvar”İctimai Birliyinin -mütəmadi olaraq 20 yanvar şəhid ailələri və  əlilləri  üçün xeyriyyə tədbirləri təşkil edir.

Mərkəzin avtomobil Səyyar Klinikası isə 2005-ci ildən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən etibarən isə klinika tərəfindən Azərbaycanın bir çox ali və orta təhsil ocaqlarında mütəmadi olaraq oftalmoloji müayinələr aparılır. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

Vision TV-Fərqanə Əliyeva

 

 

Şərh