20 dekabrda gözlənilən hava şəraiti
20.12.2018

Dekabrın 20-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. 

Bakıda və Abşeron yarımadasında

Dekabrın 20-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 773 mm civə sütunundan  768 mm civə sütununa   enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 20-də şimal və şərq rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi  rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv  olacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti təşkil edəcək.

eco.gov.az