18.08.2019
Axtar
Bürclər
alt

19.07.2019 Bürclər sizə nələr vəd edir?

Qoç
Gözləmədiyiniz yerdən hədiyyə alacağınız ehtimal olunur. Köhnə dostlarla birlikdə vaxtınızı xoş keçirə bilərsiniz. Axşam saatları üçün sakit istirahəti seçin.

Buğa
Günün ilk yarısında baş verənlər sizi hövsələdən çıxaracaq. Əhvalınızla ətrafdakıları da hirsləndirməmək üçün soyuqqanlı olun. Axşam saatları isə romantik görüş, istirahət üçün əlverişli vaxtdır.

Əkizlər
Ideyalarınızı hamıya bəlli etməyin. Əks təqdirdə onları kimsə reallaşdıra bilər. Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Diqqətli olun, faydalı məlumatı qaçırmayın. Şəxsi müstəvidəki problemi həll edin.

Xərçəng
Bu gün əhvalınız dəyişkən olacaq. Xırda məsələlər və detallara görə qanınızı qaraltmayın. Çünki günün ikinci yarısından etibarən proseslər sizə sərfəli məcrada cərəyan edəcək. Bu isə əhvalınızı yaxşılaşdıracaq.

Şir
Bu gün vaxtınızı ikinci dərəcəli işlərə sərf edərək də keçirə bilərsiniz. Əyləncələrə pul xərcləməyin. Şəxsi münasibətlərdə ayıq olun. Etibara layiq olmayana rəğbət bəsləməyin. 

Qız
Yersiz danışmayın. Belə davranış münaqişələrə səbəb ola bilər. Yaxşı olar ki, özünüzü yad təsirdən qoruyasınız. Bu gün əsla kredit və ya borc götürməyin. 

Tərəzi
Yaxşı olar ki, qənaətcil olasınız, lazımsız əşyalar almayın. Riskli vədlər verməyin. Günün ikinci yarısında xoş sürprizlər istisna deyil. Bu gün qonaq qarşılamaq olar.

Əqrəb
Mənasız və boş məsələlərə görə hirslənməyin. Sizi sevənlərlə sərt davranmayın. Axşam saatlarında yaxşı istirahət edin. Bəzi işlərinizi axşam görməkdənsə, sabaha saxlayın.

Oxatan
Uğurlu gündür. Günün ikinci yarısında sevinəcəksiniz. Əvvəllər öhdəsindən gələ bilmədiyiniz və ya yarımçıq qalan işləri bu gün başa vurun. Əks cinsin nümayəndəsi ilə təmas üçün əlverişli gündür. Sözləriniz anlayışla qarşılanacaq.

Oğlaq
Tədris, təhsil üçün əlverişli gündür. Mötəbər şəxslə görüşünüz uğurlu keçəcək. Çətinliklərin öhdəsindən gələcəksiniz. Problemləriniz ötəri olacaq.

Dolça
Maraqlı gündür. Həyat eşqiniz yüksək olacaq. Bu gün başlayacaq romantik münasibətlərin inkişafı puç görünür. Amma bu münasibətlər sizə xoş anlar yaşada bilər.

Balıqlar
Yeni tanışlardan biri dostunuza çevriləcək. Bu gün edəcəyiniz alış-veriş uğurlu olacaq. Yaxın ətrafınızdakı insanların zarafatyana dediklərinə sərt reaksiya verməyin. Anlayışlı olun.

Şərh yazın