15 may-bürc proqnozu
15.05.2020

Visiontv.az 15 maya olan bürc proqnozunu təqdim edir.

Qoç - uzunmüddətli planlar qurmaq məsləhət deyil: sonradan onlara düzəliş etmək qanınızı qaraldacaq. Planlaşdırılmayan görüşlər mümkündür. Heç görmək istəmədiyiniz bir insanla rastlaşa bilərsiniz.

Buğa - ünsiyyət üçün əla gündür, ətrafınızdakıları yaxşı anlayır və demək olar ki, onları "oxuyursunuz". Eyni zamanda özünüz də başqaları üçün açıq kitab kimisiniz. Bu isə düşmənlərinizin xeyrinədir. Hər bir məlumatı dəqiqiliklə yoxlayın, yalnız çox yaxın adamlara etibar edin.

Əkizlər - işdə problemlər yarana bilər. İşinizə layiqli qiyməti vermirlər, bu isə sizi çox kədərləndirir. Alış-veriş etməyin. Bu gün sizə tamamilə lazım olmayan əşyalar almağa meyllisiniz.

Xərçəng - mənasız və yorucu vurnuxmalar başınızı qatacaq. Hansısa planları həyata keçirməyə çalışırsınız, ancaq müqavimətlə qarşılaşırsınız, gücünüzü maneələri dəf etməyə tükədirsiniz. Məqsədinizə doğru başqa bir yol aramaq daha ağıllı olardı.

Şir - işgüzar və şəxsi ünsiyyətdə müəyyən çətinliklərin olmasına baxmayaraq, əsl dost və etibarlı tərəfdaşlar tapmaq şansınız var. Evinizin təmiri, abadlaşdırılması ilə, iş yerinizin yeni avadanlıqla təchizatı ilə məşğul ola bilərsiniz. Məişət texnikası almaq üçün münasib gündür.

Qız - günün emosional fonu xoşagələn deyil, mənəvi tarazlığınızı asanlıqla itirirsiniz. Əsəbilik, səbəbsiz qəzəb tutmaları mümkündür. Bürcün bir çox nümayəndələri bu yaxınlaradək güvəndikləri insanlara şübhə ilə yanaşmağa başlayırlar. Çalışın, verdiyiniz vədlərə əməl edəsiniz, əks halda ciddi problemlər yaranacaq.

Tərəzi - yaxınlarınızı nəyin narahat etdiyini anlamaq həmişə mümkün olmur. Bəzən qaba və xətrədəyən iradlar bildirirsiniz. Günün ikinci yarısı ünsiyyətdə həddən artıq ehtiyatlı olun, çünki kimsə sizi yanıltmağa çalışacaq.

Əqrəb - qohumlarınızın və sevdiyinizin dəstəyinə ehtiyacınız var? Gözləməyin. Sizə elə gələcək ki, hamı sizdən üz döndərib və siz öz problemlərinizlə baş-başa qalmısınız. Axşama doğru şərait dəyişəcək. Siz öz gücünüzə inanmağa başlayacaqsınız və işlər yoluna düşəcək.

Oxatan - uzun müddət böyük zəhmət bahasına qurduqlarınız dağılmaq üzrədir. Nüfuzlu və güclü düşmənlərlə vuruşmalı olursunuz. Sizin üçün çox vacib olanı itirə bilərsiniz. Mənfi tendensiyaların təsiri ilə mübarizə aparmaq üçün gücünüz çox azdır.

Oğlaq - həyatınıza yeni nəsə qatmağa çalışmaqla əvvəllər çox dəyər verdiklərinizi dağıdırsınız. Bir çox Oğlaqlar mövcüd əlaqələri qırmaq həvəsinə düşəcək və bu həvəslərini təcili olaraq yerinə yetirməyə çalışacaqlar. Axşam özünüzü tək-tənha hiss edəcəksiniz.

Dolça - işlərdə uğur, sərfəli sövdələşmələr və maraqlı işgüzar təkliflər vəd edir. Əsas odur ki, vaxt itirməyəsiniz, mümkün qədər tez hərəkət edib, enerjili və məqsədyönlü olasınız. İşdəki bəzi münaqişələri yoluna qoymaq şansınız var. Bu, karyera pillələri ilə irəliləməyinizə yardım edəcək.

Balıqlar - mənfi tendensiyaların təsiri çox güclüdür. Bunlara müqavimət göstərmək çox çətindir. Bütün gün xoşagəlməz emosiyalara qapılır, nahaq yerə narahatlıq keçirir, depressiyanın dərin qatlarını öyrənirsiniz. Ətrafınızdakılar sizin kefinizi açmağa çalışsalar da, zəhmətləri əbəsdir.