14 aprel-bürc proqnozu
14.04.2020

Visiontv.az aprelə olan berc proqnozunu təqdim edir.

Qoç
Az işləyin. Yalnız bu gün ən aktual işlərlə məşğul olmağa dəyər. Tez-tez adi hesablamalarda səhvə yol verə bilərsiniz. Bu cüzi olsa da xoşagəlməz maliyyə itkisinə yol aça bilər. Xoşagəlməz xəbər almaq ehtimalı da var. Tərəfdaşlar öz vədlərinə xilaf çıxacaq.

Buğa
Uğurlu təsadüflər olacaq. Işlə bağlı maraqlı təkliflər ola bilər. Günün emosional mənzərəsi sabitdir. Gözlənilməz sevgi etirafı da istisna deyil.

Əkizlər
Darıxdırıcı, usandırıcı işləri sona çatdırmaq lazımdır. Təəssüf ki, köməksizsiniz, müttəfiqlər öz işləri ilə məşğuldurlar. Rəhbərliklə aranızda xırda fikir ayrılığı var. Kiçik bazarlıq etmək olar. Idmanla məşğul olmaq üçün məhsuldar gündür.

Xərçəng
Bu gün bədxahlar sizə qibtə aparacaq. Təxribatlara uymayın, mühüm qərarlar qəbul etməyin. Əgər kritik vəziyyət yaranarsa, nüfuzlu insana kömək üçün müraciət etmək lazımdır: O, tərəfinizdə duracaq. Heç bir səbəb olmadan əsəbiləşə bilərsiniz. Günün ikinci yarısında yüngül nasazlıq gözlənilir.

Şir
Uğurlu gündür. Nəzakət, təmkinlilik münaqişələrin qarşısını almağa kömək edəcək. Sizə əziz olan insanlarla yaxşı münasibəti saxlamaq lazımdır. Çox az bir vaxt keçəcək və sevinc gətirən ünsiyyəti necə qurmaq hamıya aydın olacaq.

Qız
Sevdiyiniz insanla aranızda fikir ayrılığı yoxdur. Ancaq yeni tanışlarla ünsiyyətdə ehtiyatlı olmaq lazımdır, çünki onlar öz maraqları üçün sizdən istifadə edə bilərlər. Yaşam potensialı yüksəkdir, nasazlıqlardan qorxmamaq olar.

Tərəzi
Işgüzar fəallığınız aşağıdır. Bu gün mühüm işgüzar danışıqlar aparmaq, insanlarla görüşmək arzuolunan deyil. Maliyyə itkisi təhlükəsi var. Təəssüf ki, şəxsi münasibətlərdə də vəziyyət yaxşı deyil. Adi məsələlər üzündən mübahisə yaranır.

Əqrəb
Bu gün yeni işə başlamaq üçün deyil, adi bir şeylə məşğul olmaq daha yaxşıdır. Köhnə müttəfiqlər məmnuniyyətlə kömək edirlər. Investisiyalar, böyük bazarlıq etmək arzuolunmazdır. Gün xoş görüş və maraqlı tanışlıq vəd edir, onun ikinci yarısı romantik görüş üçün münasibdir. Güman ki uzaq qohumlardan xoş xəbər alacaqsınız.

Oxatan
Uğurlu gündür. Gözlənilməz işgüzar təkliflər çox cəlbedici və ümidverici olacaq. Onları fikirləşmək qəbul etmək olar. Gün aşiq “Oxatan”lara çoxlu sevinc gətirəcək. bürcün tənha nümayəndələrinin həyatında da yaxşılığa doğru dəyişikliklər baş verə bilər. Səfər uğurlu olacaq, hətta uzun yol sizi yormayacaq.

Oğlaq
Maliyyə ilə bağlı danışıqları, vacib işi təxirə salmaq yaxşı olardı. Gün bundan əvvəl başlanmış işlərin sona çatdırılması üçün yarayır. Şəxsi münasibətlərinizdə improvizə etməyə təşəbbüs göstərin, intuisiyanıza qulaq asın.

Dolça
Həyat potensialı aşağıdır. Maliyyə və peşəkar məsələləri məsləkdaşlar ilə müzakirə etmək olar, lakin qəti qərar qəbul etmək hələ tezdir. Gözlənilməz qonaqlara şad olacaqsınız; Onlar əliboş gəlməyəcəklər. Günün ikinci yarısı maraqlı keçəcək.

Balıqlar
Iş ilə bağlı mühüm qərarlar qəbul etməyə dəyməz, aldana bilərsiniz. Rəhbərliklə aranızda ciddi fikir ayrılığı istisna olunmur. Hansısa şayiədən zərər çəkə bilərsiniz. Şəxsi xarakterli heç bir xoşagəlməz sürprizlərdən qorxmamaq olar. Günün ikinci yarısı dostlar ilə ünsiyyət üçün münasibdir.