13 avqust-bürc proqnozu
13.08.2020

Visiontv.az 13 avqust tarixinə olan bürc proqnozunu təqdim edir.

Qoç - Ay və Merkurinin münasibətləri hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır. İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.
Gözlədiyiniz məlumatın gəlişi yubanır.

Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.
İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün. Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.

Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə dəyərindən ikiqat baha başa gələcək.
Boş vədlərə və şirin dilə aldanmayın.
Məntiqli səylər nəticə verəcək.

Buğa - Hiperion və Mimasın münasibətləri günün aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın.

Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz əşyalardan qurtulun.

Bu gün alış-veriş üçün sərfəli deyil.

Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.

Əkizlər - Umbriel və Ledanın münasibətləri enerji ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.
Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.
Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun.

Xərçəng - Bir qədər asta çalışmaq istəsəniz də, gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti əlverişli edir.
Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi işlərlə özünüzü yormayın.
Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq işlə məşğul olun.

Şir - Lisiteya və Enseladın münasibətləri sizdən qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin.

Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.

Əyləncə və istirahət bir qədər gözləyə bilər.

Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın.
Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları məkanına müdaxilə etməyin.

Qız - Oberon və Tefeyanın münasibətləri bu gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.

Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.

Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.

Aktiv olun, ətalətlə davranmayın.

Tərəzi - Saturn və Veneranın münasibətəri bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.