12 yaşlı qız son model BMW aldı - Foto
02.06.2019

Taylandın şimalında yerləşən Çonburi əyalətində yaşayan 12 yaşlı Natthanan Sanunrat adlı qız bir anda gündəm olub.

VisionTv.az Publika.az-a istinadən xəbər verir ki, Natthanan Sanunrat doğum günündə özünə 170 min avro dəyərində son model BMW markalı avtomobil hədiyyə alıb.

O, bunu makiyaj ustalığı sayəsində bacarıb. Sosial mediada “Nong Pear” adı ilə məşhur olan azyaşlı Yutub və instaqramda yayımladığı makiyaj videoları vasitəsilə məşhurlaşıb və pul qazanmağa başlayıb.

Natthananın “Nongpearpaplern” adlı Yutub kanalında 300 min, instaqram səhifəsində isə 52 min izləyicisi var.