10 və 11-ci sinif şagirdləri məktəbə oktyabrın 15-də gedəcəklər
27.08.2020

“Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin məktəblərə 15 oktyabr tarixindən qayıtmasını planlaşdırırıq”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmirullayev bildirib.

E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.