10 milyonuncu uşaq bu gün evə buraxıldı - VİDEO
09.04.2019

Ölkənin on milyonuncu sakini artıq öz evindədir

Bir neçə gün bundan öncə dünyaya gələn ölkəmizin 10 milyonuncu sakini Mehriban Həsənova artıq doğmalarının yanındadır. 10 milyonuncu uşaq bu gün xəstəxandan evə buraxılıb. 

Ölkənin on milyonuncu sakini artıq öz evindədir.

Körpənin yaxınları diqqət və qayğıya görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Uşağın yaxınlarının sözlərinə görə hal hazırda körpənin və anasının vəziyyəti normaldır.

Həsənovlar ailəsində indi böyük sevinc yaşanır. Həm qohum -əqraba, həm də dost- tanış ailəni təbrik etmək üçün onların yaşadığı evi ziyarət edir.

Qeyd edək ki, balaca körpə aprelin 6-dadünyaya gəlib. O, ölkəmizin 10 milyonuncu sakini olaraq tarixə düşüb.

 

 

xezerxeber.az