24.010.2019
Axtar
Könül Bağı
alt

09.10.2019 Bürclər sizə nələr vəd edir?

Günün qoroskopu. İntensiv fiziki və ya intellektual fəaliyyət istisna deyil

Qoç
Bu gün münaqişə riski var. Bu səbəbdən də yaxınlarınızla təmasda həssas olun, dediklərinizə diqqət yetirin. Bu gün hesablaşa işində səhv etməyin, yoxsa, maliyyə itkisilə qarşılaşacaqsınız.

Buğa
Ehtiyatlı, səbrli və təmkinli olun. Imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yeni tanışlar səbrli və soyuqqanlı davranışınızı qiymətləndirəcəklər. Hisslərinizi sevdiyiniz insanlardan gizlətməyin.

Əkizlər
Həddindən artıq çox iş görməyə çalışmayın. Əmlak məsələlərinə xüsusi diqqət ayırın. Maliyyə məsələlərinin həlli ehtiyatlı və həssas davranış tələb edir. Yaxşı tanımadığınız insanla ünsiyyət sizə yalnız başağrısı və problemlər bəxş edəcək.

Xərçəng
Evdə təmir və ya yenidənqurma işləri aparmaq ehtimalı böyükdür. Sevdiyiniz insanla münasibətlərdə güzəştə gedin. Inadkarlığınız yaxşı heç nə vəd etmir. Bu gün qəti qərar verməyin.

Şir
Ailə üzvləriniz, xüsusən azyaşlılara qarşı həssas olun. Onlar sizin diqqət və qayğınıza möhtacdır. Ünsiyyətdə diqqətli və sayıq olun.

Qız
Yeni işlərə başlamaq üçün münasib gün deyil. Qüvvə və imkanlarınızı gerçək qiymətləndirməsəniz, problemlə qarşılaşa bilərsiniz. Ən xırda məsələlərdə belə, inadkarlıq etməyin.

Tərəzi
Yaradıcılıq qabiliyyətləriniz günün ikinci yarısında artacaq. Qarışıq gündür. Ailə üzvlərilə ünsiyyətdə səmimi, gülərüz olun. Aqressiv olmayın. Axşam saatlarında qüvvənizi bərpa edin, xoş fikirlərə köklənin.

Əqrəb
Səhhətinizin qayğısına qalın. Yaşam potensialının səviyyəsi aşağıdır. Zərərli vərdişlərdən birini unutmaq, sağlam həyata başlamaq üçün yaxşı vaxtdır. Alış-veriş üçün uğurlu gün deyil.

Oxatan
Yaşananlara real baxın. Təmkininizi pozmayın. Əməllərinizi birinci özünüz qiymətləndirin. Bəzən mühafizəkar olmağa dəyər. Bugünkü münasibətlərdə soyuqqanlı olun, yersiz danışmayın.

Oğlaq
Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Tənbeh olunacaqsınız. Sərt fikir söyləməkdən çəkinin. Yersiz qarşıdurmaya səbəb ola bilərsiniz. Şəxsi münasibətlərdəki sərinliyin səbəblərini aradan qaldırın.

Dolça
Problemləri həll etməyə çalışın. Gün ərzində nikbin olun, özünüzə inanın. Yaşamınızı yaxın zamanda dəyişə biləcək xəbər ala bilərsiniz. Qərar qəbul etməyə tələsməyin. Əlverişli vaxt hələ çatmayıb.

Balıqlar
Işlərinizdə qayda yaradın və yalnız bundan sonra yaxınlarınıza kömək edin. Reallaşmaq şansı az olmayan ideyalarınız baş qaldıracaq. Əks cinsin nümayəndəsilə tanışlıq üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin.

Şərh