03.07.2019 Bürclər sizə nələr vəd edir?
03.07.2019

Günün qoroskopu. Tapşırıqları vaxtında yerinə yetirin

Qoç
Günün əsas hissəsini dostlarla keçirəcəksiniz. Onlardan bir çox maraqlı məlumat toplayacaqsınız. Bu informasiya yaxın zamanlarda işinizə yarayacaq. Lazımi anda ondan istifadə etsəniz, bir çox şansınızı qaçırmayacaqsınız.

Buğa
Çalışın pozitiv əhvalınızı itirməyəsiniz. Əhatənizdəkilər məsləhətləşmək üçün sizə müraciət edəcəklər. Planlaşdırılmamış görüşlər də ola bilər. Bu, vaxtınızı alacaq. Yüngül alış-veriş etmək olar.

Əkizlər
Çox vacib qərarlar verirsiniz, daha sonra isə həmin qərarları pozursunuz. Bu addımla yaxın ətrafınızı təəccübləndirirsiniz. Uzun yolçuluq da istisna deyil.

Xərçəng
Gündən hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Yalnız büdcənizlə bağlı irəliləyişlər gözlənilir. Yeni sövdələşmələr üçün ideal vaxtdır.

Şir
Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Hansısa uğursuzluq haqqında düşüncələrə vaxt ayırmayın. Əksinə, ulduzlar bildirir ki, uğurların astanasındasınız.ÿ

Qız
Bu gün şən olacaqsınız, sevdiklərinizlə əylənmək fürsəti tapacaqsınız. Ulduzlar sağlamlığınızın qayğısına qalmağı məsləhət görür. Gözəllik və özünəqulluq üçün münasib gündür.

Tərəzi
Bu gün fərqli işlə məşğul olmaq istəyəcəksiniz. Gün mənəvi baxımdan xoş, fiziki baxımdan isə yorucu olacaq. Bir mövzu ətrafında aparılan mübahisədə özünüzü müdafiə etməyə çalışacaqsız və bu, uğurlu alınacaq. 

Əqrəb
Intellektual və yaradıcı fəaliyyətdə uğurlar əldə edə biləcəyiniz vaxtda illüziyalar aləminə qapılmayın. Səhhətinizə fikir verin.

Oxatan
Günün ikinci yarısı xoş keçəcək. Yaxşı olar ki, bu zamandan maksimum istifadə edəsiniz. Günün ikinci yarısında sükan arxasında uzaq yola çıxmayın, çətin işlə məşğul olmayın. Diqqətinizi toplaya bilməyəcəksiniz.

Oğlaq
Xoş gündür. Həyat eşqi yüksəkdir. Özünüzü rahat hiss edəcək və yorulmayacaqsınız. Ətrafdakıları yaxşı anlayacaqsınız. Bu gün təməli qoyulan istənilən tanışlıq faydalı olacaq. 

Dolça
Əzmlə çalışırsınız. Ümidləriniz çoxdur. Ulduzlar cəsarətli addımlarınızın, çəkdiyiniz zəhmətin bəhrəsini görəcəyinizdən xəbər verir. Indi yaşadığınız sıxıntılar keçici olacaq.

Balıqlar
Düşdüyünüz vəziyyətdə məntiqlə hərəkət edəcəksiniz. Yoldaşlarınızın bəzi söz-söhbəti bir az canınızı sıxacaq. Bu səbəbdən günə bir balaca həssas başlayacaqsınız.