merci

Mərciməyin gündəlik qəbul olunan kalori miqdarını azaltmasından xəbəriniz varmı?

Mərcimək bir bitki mənşəli zülal mənbəyidir. Qidaların istilik effekti dediyimiz bir mexanizmlə maddələr mübadiləsinin sürətini yüngül səviyyədə artırır. Həzm üçün sərf olunan enerjinin artması, çəki itirmə müddətinə möcüzəvi təsirini göstərir.

Mərcimək bitki mənşəli karbohidrat mənbəyidir. Yəni, bədəni keyfiyyətli şəkərlə təmin edir. Xüsusilə arıqlayan vaxt qidalanmada gündəlik qəbul olunan kalori azaldılır. Əgər bir fərd bir istiqamətli qidalanırsa, onda kifayət qədər şəkər qəbul edə bilmədiyi üçün halsızlıq, yorğunluq, taqətsizliklə üzləşə bilər.

Halbuki salatlarına 2 yemək qaşığı ölçüsündə qaynadılmış yaşıl mərcimək əlavə olunsa, orqanizminə kifayət qədər şəkər verər və pəhrizlə bağlı bu simptomların rast gəlinməsi vəziyyətini azaldar.
Mərcimək yaxşı bir lif mənbəyidir. Liflər bitkilərin hüceyrə divarında olan komponentlərdir. Qidalanma ilə mədəyə daxil olduqda şişirlər və həcm formalaşdırırlar. Bu vəziyyətdə isə az yeməylə bağlı aclıq hissi azalır, yəni daha tox qalaraq pəhrizə adaptasiya prosesi asanlaşar.

download
Mərcimək bağırsaqlarda hərəkət edərək bağırsaq proseslərini sürətləndirir. Maddələr mübadiləsinin yaxşı olması ifrazat sisteminin yaxşı olmasından asılıdır. İfrazat sisteminin yaxşılaşması arıqlamanı asanlaşdırır.

Mərcimək bir fitoestrogendir (hormonal məzmunu olmayan hormon təsiri göstərən bitki mənbəyidir). Yəni bədəndə qismən estrogen təsir göstərən dərman kimi bir qidadır. Xüsusən menopauza simptomlarını yüngülləşdirir. Döş, uşaqlıq xərçəngi kimi, hormondan asılı olan xərçənglərdən qoruyur. Ancaq bu xəstəliklərin diaqnozunu alan xəstələrin bu qidadan imtina etməsində fayda var, çünki estrogen effekti bu xəstəliklərə müsbət təsir edə bilməz.

Mərcimək çox yaxşı bir dəmir mənbəyidir. Xüsusilə yumurta və ya qıyma ilə yanaşı bişirilməsi dəmir baxımından daha da zənginləşdirir. Yanında bol limonlu bir salatla qəbul edilməsi dəmirin bədəndə daha yaxşı istifadə edilməsini təmin edər.

Mərciməkdə kalium faizi yüksəkdir. Bu xüsusiyyəti təzyiqi aşağı salır və tarazlayır. Çəki ilə bağlı təzyiqi olanlarda çox effektiv təsir edir. Həm arıqladır, həm təzyiqi aşağı salır.

Mərcimək xolesterol məzmunu olmayan bir zülal olduğu üçün xolesterolu yüksək olanlara etibar edərək, istifadə edə bilərlər.

26.10.2016 12:00 201 dəfə baxılıb