Yağış olub başından səpələnsəm,

Qəlbindəki buzu əridə bilsəm.

Yenidən qəlbinə mən dönə bilsəm.

Deyərəm xoşbəxtəm,xoşbəxtəm, mən də

***

Sənin əllərindən bir tuta bilsəm,

Üzü gün doğana yeriyə bilsəm,

Gözümün yaşını bir silə bilsəm,

Deyərəm xoşbəxtəm,xoşbəxtəm ,mən də

***.

Bu acı həsrəti bitirə bilsəm,

Geriyə yanına bir dönə bilsəm.

Yenidən yenidən mən sevə bilsəm,

Deyərəm xoşbəxtəm,xoşbəxtəm , mən də.

Nahidə

pakseladin

19.10.2016 17:34 51 dəfə baxılıb