Yenə yumub gözümü,

Yenə xəyala dalım

Yenəmi xəyalımda

Səni yanımda anım.

***

Yenə də ,zəng çalınsın

Susmasın dayanmasın,

Məni də xəyalımdan

Gələn o zəng ayırsın.

***

Durub yenədə peşman

Qapını açıb baxım,

Gələn kimdir görəsən?

Yenə bir az danışım.

***

Kimdir zamansız gələn

Kimdir qapımı döyən?

Kimdir yenə də məni

Xəyaldan çəkindirən?

***

Yenə qoca paçtalyon

Durub gözləyir məni.

Sənə məktub gəlibdir

Deyib səsləyir məni.

***

Səndən gəlib məktublar.

Yenə həsrət doludur.

Yazdığın hər cümlələr

Bax qəlbimi ovudur.

***

Gələcəm söyləyirsən

Yenə də söz verirsən.

Peşman olduğunu

yenə təkrar edirsən.

***

Yenə.yenə vədləri

Yazmısan məktublara.

Bağışla da yazmısan

Yenə də sonlarına…

 

Nahidə Tagıyeva

pakseladin

[popupwfancybox id=”1″

17.10.2016 01:03 200 dəfə baxılıb