azerbaycan360Azərbaycanın ən güclü internet resurslarından biri olaraq hədəflədiyimiz və “Gəz, dolan Azərbaycanı!” şüarı altında fəaliyyət göstərən “www.azerbaijan360.az” saytı hazırda Azərbaycanda virtual turlardan ibarət ən böyük internet portalıdır.

Bu layihə ilə, Azərbaycanda regionların, şəhərlərin, əyləncə mərkəzlərinin, ölkənin ən tanınmış otel, fitness və spa mərkəzlərinin, avtosalon və yaxtalarının, eyni zamanda şəxsi bizneslərin virtual gəzintisinə imkan verən ilk və yeganə portal istifadəçilərin ixtiyarına verilib.

Həmçinin, ölkəmizin təbliği və dünyada layiqincə tanınması üçün, Azərbaycanın qədim tarixə malik Qax, Gəncə, Tovuz, Zaqatala, Şəmkir və Xaçmaz kimi bölgələrinin ərazisində olan və xalqımızın milli-mənəvi dəyərlərini, tarixini özündə əks etdirən abidələr, yurd yerləri virtuallaşdırılaraq sayta daxil edilib.

Məqsədimiz, Cənab Prezidentimizin yeritdiyi uğurlu siyasətə uyğun olaraq, yeni bir dönəmə imza atan ölkəmizin inkişafına öz töhvəmizi vermək və ölkəmizin layiqincə tanınması və təbliği yolunda bu sahədə əlimizdən gələni etməkdir.

16.09.2016 13:36 268 dəfə baxılıb