Yeni – “azerbaijan360.az” saytı vasitəsilə izləyicilər bütün Azərbaycanı virtual gəzmək imkanı əldə edəcəklər. Saytda paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün şəhər və bölgələrinin virtual gəzintisi mövcuddur. 

Milli brend olan “azerbaijan360.az” saytının əsas məqsədi Azərbaycanda virtual gəzinti sahəsində sistemli resurs yaratmaqdır. İnternet istifadəçiləri dünyanın istənilən yerindən kompüterlərdən ,smartfonlardan və planşetlərdən saytımıza daxil olaraq, Azərbaycan üzrə virtual tur gəzintisi həyata keçirə biləcəklər.

“Virtual Azərbaycan” şirkətinin “GoMap” naviqasiya sistemi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi virtual turlarda məşhur “Google Map” xəritəsinin görüntüsündən istifadə edilərək, cənab Prezident tərəfindən təsdiqlənmiş və “Mədəniyyət və Turizm Nazirliyi” tərəfindən sifariş olunmuş milli resurs olan “GoMap” naviqasiya sistemində yerləşdirilir. Bununla da virtual turunu təşkil etdiyimiz məkan və obyektlər dünyanın hər yerindən internet üzərindən izlənmə funksiyasına malik olma imkanı əldə edir.

Qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atan “Virtual Azərbaycan” ölkəmizdə regionların virtual turunu həyata keçirən ilk və yeganə şirkətdir.

28.09.2016 12:33 121 dəfə baxılıb