[popupwfancybox id=”1″]

Dünyada məşhur olan “Deal or no deal” layihəsi Azərbaycana gətirilir.

Layihənin ölkəmizdəki təmsilçisi əməkdar artist Murad Dadaşovun sahibi olduğu “M Group Production”dır.

Türkiyədə “Varmısınız, yokmusunuz” adı ilə yayımlanan bu yarışma tezliklə ATV telekanalında efirə gedəcək.

M.Dadaşov layihə ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada məşhur olan “Endomol shine group”la rəsmi müqavilə imzalayıb:

“2003-cü ildən teleməkanda ən böyük layihələrin ilk və uğurlu təşkilatçısıyıq. Yenə də bizə yaraşanı etdik. Televiziya mövsümünü əlamətdar hadisə ilə açırıq. Uzun sürən danışıqlar və görüşmələrin nəticəsində dünya şöhrətli “Endomol shine group”la müqaviləni imzaladıq. Bura tərkibində bir neçə böyük media şirkətini birləşdirən televiziya nəhəngidir. Dünya arenasında yüzlərlə qalıcı veriliş yaradan layihələri sayəsində “reytinq ovçusu” adını qazanıb. Azərbaycanda bu şirkətin rəsmi təmsilçisi “M group production”dır. Qarşıda bu şirkətlə bizi çoxdanışılacaq layihələr gözləyir. Bərabərliyimizə vasitəçi olan dostum Timur Vaynşteyn, baş prodüser Yuliya Sumaçeva və digər əməkdaşlara təşəkkür edirəm. Televiziya məkanında baş tutacaq yeni layihəyə hazır olun”.

13.10.2016 16:38 92 dəfə baxılıb