Həsrət qalıb yurd yerinə ayaqlar,

Vətən deyib haray çəkir dodaqlar.

Hər gün sönür neçə-neçə ocaqlar.

Vətən sənin torpaqların dardadır,

İgidlərin Vətən indi hardadır?

Hanı sənin qoç Koroğlun Kərəmin?

Hanı sənin Yetmiş yeddi min nərin?

Harda qalıb ərənə tay Həcərin?

Vətən səs sal torpaqların dardadır,

İgidlərin Vətən indi hardadır.?

Niyə susur Vətən vətən daşların?

Sinəsində qəlbi daşdaşanların.

Şəhid olur nə qədər balalrın.

Vətən səslə torpaqların dardadır,

Ərənlərin igidlərin hardadır?

Çoxmu içər torpaqların qanımı?

Çoxmu udar torpaqların canımı?

Eşit Vətən eşit sən harayımı.

Vətən səslə igidini ərini,

Vətən oyat yatmış olan nərini.

Nahidə

11.01.2017 23:07 97 dəfə baxılıb