ucan-s%c9%99h%c9%99rl%c9%99r-sosialist-dunya-g%c9%99l%c9%99c%c9%99y%c9%99-getmis-adamin-sok-aciqlamalari
Visiontv.Azxəbər verir ki, 1927-ci il təvəllüdlü Al Bielek adlı şəxs gələcək zamana səyahət etdiyini iddia edib və dünya əhalisinin gələcəyi haqqında məlumatlar verib.
İllərdir çəkilmiş elmi filmlərin mövzusuna çevrilən və nəzəri olaraq mümkün olduğu düşünülən gələcək zamana səyahət etmək həqiqətən baş verə bilərmi? Bu barədə hələ ki, elə bir dəlil, fakt yoxdur. Ancaq 1927-ci il təvəllüdlü Al Bielek adlı şəxs gələcəyə getdiyini iddia edib. 2011-ci ildə vəfat edən Bielekin bu barədə açıqlamaları isə 2000-ci ildən əvvələ aidddir.
Dünya əhalisi nə qədər olacaq?
Bielkin gələcəyə getdiyi sizə inandırıcı gəlməyə bilər, ancaq o, hələ 2000-ci ildə dünyanın gələcəkdə necə olacağı barəsində danışarkən bir tərəfdə Rusiya və Çinin, digər tərəfdə də ABŞ və Avropanın ittifaq olaraq birləşəcəyini və aralarında bir münaqişə çıxacağını deyib. Bu münaqişənin isə gələcəkdə yeni bir müharibəyə səbəb olacağını iddia edib.
İlk olaraq gələcəyə gedəndə qardaşıyla birlikdə bir xəstəxanada radiasiya müalicəsi aldığını deyən Bielk dünya əhalisinin gələcəkdə 300 milyona düşdüyünü, ABŞ və Kanada adlı ölkələrin olmadığını da deyib.
III Dünya müharibəsinin baş verəcəyini iddia edən Bielek, bu müharibədən qalan radiasiyanın isə yalnız bir neçə gün ərzində təmizləyəcək bir texnologiyanın də olacağını bildirib.
Uçan şəhərlər və sosialist dünya…
 
Bielekin dediyinə görə, gələcəkdə şəhərlərdəki həyat nizamı tamamilə dəyişəcək və maraqlı bir quruluş halına gələcək. Bəzi şəhərlər normal bir şəkildə quruda yerləşəcək, ancaq bununla yanaşı uçan şəhərlər də mövcud olacaq. Və bu uçan şəhərlər istənilən yerə köçürmək asanlıqla mümkün olacaq.
Bielek, həmçinin gələcəkdə dünyada heç bir dövlətin olmayacağını, ölkələrin sadəcə regional bir şəkildə müəyyənləşdiriləcəyini bildirib. Onun dediyinə görə gələcəkdə dünya sosialist quruluşuna qayıdacaq və bütün insanların əsas həyat ehtiyacları həll olunmuş olacaq.
Bielkin iddiasına görə, onun gələcək zamana səyahəti 2 il çəkib. İki ildən sonra Bielk qaraşıyla bilikdə yaşadığı zamana geri qayıdıb.
Zəhra

pakseladin

07.11.2016 19:11 140 dəfə baxılıb