smekta-dlya-detej-instrukciya-po-primeneniyu-1

Uşaqlarda və böyüklərdə tez-tez davamlı ishal probləmləri olur. İshalın əsas səbəbləri – bağırsaq  infeksiyaları, bu və ya digər qidaya qarşı olan allergiya, həzm sistemi orqanlarının xroniki xəstəlikləri, kəskin zəhərlənmələr, nevrozlar, həyəcan, qorxu və sairdi.

İshal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər. Böyüklərdə  güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu zaman bağırsaq diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa “kömək” göstərilməsi məqsədi ilə “smekta” preparatından istifadə etmək mümkündür. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri özünə hopduraraq bağırsaqdan xaric edir. Uşaqlarada  böyüklər kimi “smekta” eyni simptomlar altında təyin olunur.”Smekta” uşaqlarda mədə-bağırsaq xəstəliklərində və ən əsası həkim məsləhətləşməsindən sonra istifadə olunmalıdır . “Smekta”daha tez və təhlükəsiz təsir edir. İshal zamanı ilk növbədə “smekta” preparatını qəbul etmək lazımdır.”Smekta” diareya başlayan kimi qəbul olunduqda daha tez effekt verir. “Smekta”nın əks göstərişləri, hiper həssaslıq, bağırsaq keçməzliyi, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, şəkərli-izomaltoz  çatışmazlığı baş verə bilər.

 

02.11.2016 11:09 148 dəfə baxılıb