103197

Səudiyyə Ərəbistanında traqikomik bir olay baş verib. Xanımla nikahın bağlanmasından cəmi  2 saat sonra bəy  boşanmaq haqqında qərar verib. 

Visiontv.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, buna səbəb  gəlinin  nikahdan öncə bağlanmış müqavilənin şərtlərini pozaraq toy mərasimindən çəkilmiş selfiləri sosial şəbəkələrdə paylaşması olub. Bundan xəbər tutan ər isə dərhal boşanma barədə qərar verib.
Qeyd edilir ki, gənc cütlüyün imzladığı müqavilənin bəndlərindən biri öz fotolarının “Instagram”, “Twitter”, “Facebook”, yaxud “Snapchat” kimi sosial şəbəkələrdə paylaşmasının qəti qadağan edilməsi barədə olub. Lakin  gəlin dözməyərək öz toy fotolarını  dərhal “Shapsat”da rəfiqələri ilə paylaşıb. Nəticədə yeni cütlük ayrılmalı olub.
 
 

26.10.2016 14:52 582 dəfə baxılıb