2016-11-07-22-45-00-687305382

Şair mənə şeir de.

Gecənin bu aləmi.

Bir az həzin kədərli,

Sonu bir az qəhərli,

Dinləyim olum  meyxoş

Şərab içmiş tək sərxoş.

Danış şair susma de.

Həyatdan ədalətdən.

Yox-yox şair  şeir de

Elə sən məhəbbətdən.

Sevgini sən vəsf elə.

Şair sədaqətlidir.

Sevdiyi hər insana.

Şair məhəbbətlidir.

Danış şair sən allah

Danış susma nə olar.

Qırma sınmış qəlbimi

Bir şeirlə nə olar.

 

Şair mənə şeir de.

Gecənin bu aləmi.

Bir azca  xəyanətdən.

Bir azca da həsrətdən.

Yox –yox şair, şeir de

Sən elə  məhəbbətdən.

 

Şair mənə şeir de.

Gecənin bu aləmi.

Yuxuya ver həsrəti,

Önə çək məhəbbəti.

Mən dinləyim şeirini,

Şair ruhumu ovut,

Bu gün çox incinmişəm.

Qəlbimi özün ovut.

 

Şair mənə şeir de .

Gecənin bu aləmi.

 

Nahidə

07.11.2016 22:46 150 dəfə baxılıb