Xankəndidəki qondarma işğalçı-separatçı rejimin başçısı  Bako Saakyan bu günlərdə Kəlbəcər rayonuna səfər edib.
O, İstisu yaxınlığında tikilən “Cermacur”(ermənicə “isti su” deməkdir) Su Elektrik Stansiyasındakı işlərlə tanış olub.
Visiontv.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərdə belə deyilir.
 
P.S. Fotodan da göründüyü kimi,  “SES” adlandırılmasına rəğmən ermənilərin düzəltdiyi bu qurğular dağ kəndlərində bəzən kəndlilərin kustar üsulla quraşdırdığı, yalnız bir neçə lampanı yandırmağa gücü çatan qurğulara bənzəyir. Bütün hallarda artıq 24-cü ildir ki,  işğal altındakı digər bölgələrdə olduğu kimi,  Kəlbəcərdəki ocaqlarımızda da bizlər yox, ermənilər işıq yandırır. Bu, artıq heç kəsin dana bilməyəcəyi acı bir həqiqətdir…

12.01.2017 12:20 46 dəfə baxılıb