13741408_1618553511770096_475271180_n

Sənin xəyalının sahibi yoxmu?
Xəbər göndər gəlib bizdən aparsın
Ruhum bədənimdən didərgin düşüb,
Gözləyir xəyalın geri qayıtsın.
Xəyalın sahibsiz kəsib qapımı,
Yazıqdır gəl apar soyuq vurmasın.
Gəl apar nə varsa yerdə qalanı,
Gəzəndə ayağım altda qalmasın.
Qatıb-qarışdırır evdə nə varsa,
Bayıra atmağa yazığım gəlir,
Sən allah gəl apar nəyin qalıbsa,
Bunun istəməyə ürəyi gəlmir.
Nə gəzir hər axşam mənim evimdə,
İtiyi itmiştək gəzib dolanır,
Niyə rahat qoymur ölüm evimdə,
Xəyalın gəzdikcə qanım qaralır.
Sənin xəyalının sahibi yoxmu?
Xəbər göndər gəlib alsın evimdən.
Sən çıxıb gedibsən xəbərin yoxmu?
Xəyalın əl çəkmir mənim evimdən.
Nahidə

18.11.2016 19:26 76 dəfə baxılıb