Səsinlə bitirdim yenə bu səhər

Səsinlə bitirdim sənsizliyimi.

Köhnə qramafonda səsin yazılıb,

Hələ pozulmayıb yenədə qalıb.

***

Hərdən sənsizlikdən qəlbim donanda.

Əllərim titrəyib kövrək olanda,

Yanımda sənsizlik qonaq qalanda,

Səsində tapıram sənsizliyimi.

***

Yenə qanad açıb qanad çaldılar,

Yenə pərvaz etdi yenə duyğular,

Yenədə qəlbimi sevinc bürüdü,

Nə yaxşı səsini bir də eşitdim.

***

Beləcə bitirdim bu gün həsrəti,

Dindi qramafon sənin yerinə.

Mən belə bitirdim sənsizliyimi,

Səsini dinləyib sənin yerinə.

Nahidə

pakseladin

[popupwfancybox id=”1″]

19.10.2016 16:43 127 dəfə baxılıb