2006-cı ildə asılaraq edam edilən sabiq İraq lideri Səddam Hüseyn haqında araşdırmalar, yeni faktlar bu gün də bütün dünya mətbuatında maraqla qarşılanır. ABŞ uzun müddət birotaqlı kamerada dustaq kimi saxladığı və aldıqları bəzi sirləri bir-bir “gün üzünə çıxartmadadır”. Bu sirlərdən biri də Səddamın gizli sərvəti ilə bağlıdır.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Səddamın Bağdaddakı sarayının yaxınlığındakı ərazidə yerin 54 metr dərinliyindən aşkarlanan xəzinəsi bu mövzuda sızdırılan ilk informasiya olub. Həmin vaxt Səddam ABŞ-da dustaq kimi saxlanılırdı və öz edamını gözləməkdə idi. Xüsusi zirzəmilərdə saxlanılan ləl-cəvahirin ağırlığı 1 tona yaxın idi. Onların arasında qızıl, almaz, yaqut, zümrüd daşlarına rast gəlmək olardı. Həmçinin, qızıldan hazırlanan xüsusi avtomobil isə ayrı hücrədə saxlanılırdı.

Hazırda belə informasiyaların yenidən mətbuatın gündəminə sızdırılmasının əsas səbəbi odur ki, bu işlər indi də davam etdirilir. Yəni 54 metr dərinlikdə aşkarlanan xəzinə işin yalnız bir hissəsidir. Səddamın Bağdad və İraqın başqa şəhərlərində yerləşən 41 sarayının ətrafında bu gün də axtarışlar aparılır.
ABŞ mütəxəssislərinin sözlərinə görə, ona və ailəsinə məxsus qızıl, zinət əşyalarının ümumi ağırlığı 2 tona bərabərdir. Yerdə qalan hissə isə hələ də axtarılır.

23.12.2016 22:10 182 dəfə baxılıb